I və IV qrupların imtahan CAVABLARI

14:48 01.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin (DİM) yutubdakı kanalı vasitəsilə canlı yayım ediləcək və mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Bu barədə hafta.az-a DİM-dən bildirilib.

Abituriyentlər suallarını yutubda yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.